Paytaxtın Nəsimi rayonu İlqar İsmayılov küçəsində yanğın baş verib. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az məlumat verir
İlkin məlumata əsasən, tərk edilmiş tikinti sahəsində 40 kv.m sahədə məişət və təkər tullantıları alışıb. Yaxınlığındakı binalar yanğından mühafizə olunub. Hadisənin səbəbi hələlik məlum deyil.
Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Polis əməkdaşları insanları ərazidən uzaqlaşdırıb. Yanğın söndürülüb.
[caption id="attachment_18087" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]