Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Bununla yanaşı, təqsirləndirilən Bəhruz Əskərov məhkəməyə şifahi vəsatətlə müraciət edib.
O, məhkəmədən Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib.
Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin olunub.