İşə düzəltmək adı ilə dələduzluq edənlər tutulublar.
Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova işə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinirlər.
Belə ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam edir.