Bakıda dələduzluq hadisəsi olub. Hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Bu haqda Report 2 dekabr tarixində xəbər verib.
Vətən müharibəsi qazisi R.Salmanov Xəzər rayonu Albalı qəsəbəsindəki bağına 1 aydır ki jalüz qapı düzəltdirə bilmir. O, T.Mustafayevə bu işlə bağlı öncədən 1200 manat ödəyərək sifariş verib.
Mustafayev qapının quraşdırılması üçün lazımi ölçüləri götürməsinə baxmayaraq, hələ də heç bir iş görməyib.
R.Salmanovun pulun ona qaytarılması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə etdiyi müraciət təmin olunub.