Paytaxtın Sabunçu rayonunda avtomobildən narkotik aşkarlanıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis idarəsinə daxil olan məlumat əsasında Bakı şəhər sakini G.Abdullayev saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobildən heroin və metamfetamin aşkar edilib.
Daha öncə bu gün, 6 yanvar tarixində paytaxtın Nərimanov rayonunda narkotacir saxlanılmışdır.