Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində ailənin 4 üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib. Bu haqda bu gün, 22 dekabr tarixində Report məlumat yayıb.
40 yaşlı Fəxrəddin İsmayılov, 42 yaşlı Vüsalə İsmayılova, 16 yaşlı Rafiq Rzayev və 7 yaşlı Əsna Rzayeva xəstəxanaya çatdırılıblar.
Təfərrüatlar araşdırılır.
Bundan öncə bu gün, 22 dekabr tarixində paytaxtın 3 rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınmışdır.