top
Dostunun arvadına göz tikən şəxs bıçaqlandı, qadının əri isə azadlıqdan məhrum edildi
27 iyul 2022, 07:50
- ↺ +

Dostunun arvadına göz tikən şəxs bıçaqlandı, qadının əri isə azadlıqdan məhrum edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayonu, Zabrat qəsəbəsində 2020-ci il avqustun 28-də qəsdən adam öldürməyə cəhd hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda 27 iyul tarixində Oxu.az məlumat verib.

Belə ki, 37 yaşlı Taleh və onun dostu ev tikintisi biznesi qurublar. Lakin bir müddət sonra Talehin Azərə xeyli miqdarda borcu yaranıb və onların münasibəti pozulub. Azər onu axtarmağa çalışsa da, Taleh yaşadığı mənzili dəyişdiyindən, onu tapmaqda çətinlik çəkib. Bundan sonra Azər Talehin həyat yoldaşının telefonuna yazmağa başlayıb və onların arasında münasibət yaranıb.

Məhkəmədə ifadə verən Azər Abbasov Talehin həyat yoldaşına onun yerini müəyyən etmək məqsədilə yazdığını deyib.

Taleh Əzizov məhkəmədə bildirib ki, həyat yoldaşı ilə Azər arasında münasibət olduğundan şübhələnib və qadını yoxlamaq üçün onun telefonuna proqram yükləyib. Nəticədə Taleh onların arasında sevgi münasibətinin olduğunu görüb. O, öz evinin yanında pusqu qurub və Azərin onun evinə, həyat yoldaşının yanına gəlməsini gözləyib. Azər evlərinə gəlib və çölə çıxanda Taleh ona arxadan bıçaq zərbəsi endirib. Daha sonra Taleh Əzizov Azərbaycanı gizli yolla tərk edib. İran sərhədçiləri onu yaxalayıb və 5 aya yaxın İranda həbsxanada qalandan sonra Azərbaycana təhvil verilib.

Talehin həyat yoldaşı Azərlə arasında sevgi münasibətinin yarandığını etiraf edib.

Əzizov Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd” və “Dövlət sərhədini qanunsuz keçmə” maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər