"Eyol" karqo şirkəti heç bir səbəb açıqlamadan bir müddətdir fəaliyyətini dayandırıb.
Karqo şirkətinin paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən əsas filialı da bağlanıb.
İstifadəçilərə Türkiyədə fəaliyyət göstərən "Eyol" anbarının bağlandığı və son reysin iyulun 5-də Bakıya çatdırıldığı barədə mesaj vasitəsilə bildiriş göndərilib.
Şirkət bildirişdə eyni zamanda iyulun 4-dən etibarən anbara daxil olan bağlamalar üçün heç bir məsuliyyət daşımadığını açıqlayıb.
"Eyol"dan çatdırılma gözləyən istifadəçilər isə bağlamalarının digər karqo şirkətlərinə yönləndirildiyini söyləyirlər. Həmçinin karqo şirkətinin əlaqə telefonları da işləmədiyindən bağlantı yaratmaq mümkün olmayıb.