Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaşlı qadına köməklik ediblər. Bu haqda 30 iyul tarixində FHN xəbər verib.
Suraxanı rayonunda 70 yaşlı qadını xəstəxanaya aparmaq üçün həkim briqadasına müvafiq köməkliyin göstərilməsi zərurəti yaranıb. Bununla əlaqədər FHN-in əməkdaşları onu 4-cü mərtəbədən düşürüb və tibbi yardım avtomobilinə mindirərək həkim briqadasına təhvil veriblər.