Bakıda zəhərlənmə hadisəsi baş verib. Bu haqda 28 oktyabr tarixində APA xəbər verib.
Sabunçu rayonu, Zabrat qəsəbəsində 23 yaşlı Zəhra Musayeva dəm qazından zəhərlənib. Hadisə yaşadığı evin qonaq otağında baş verib.
Dəm qazından boğulan Musayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.