Yasamal rayonunda oğurluq edən şəxs barəsində polis tədbir görüb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 28 sentyabr tarixində xəbər verir.
Rayonun H.Cavid prospektində yerləşən gözəllik salonundan içərisində 470 manat olan pulqabı və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.