Bakıda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən 15 fevral tarixində xəbər verir.
Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Həsən Əliyev küçəsindən Tbilisi prospekti istiqamətində hərəkətdə olan "Toyota" və “BMW” markalı avtomobillər eyni anda ötmək istədikləri "Renault" markalı avtomobilə çırpılıblar.
Xəsarət alan yoxdur. Qəza nəticəsində hər üç avtomobilə zərər dəyib.