Bakıda avtomobil beton arakəsməyə çırpılıb. Bu haqda məlumatı Bakuplus.az bu gün, 3 avqust tarixində sosial şəbəkələrdə yayılan görüntülərə istinadən verir.
Ötən gün axşam saatlarında paytaxtın H. Əliyev prospekti ilə mərkəz istiqamətində hərəkət edən “Peugeot” markalı avtomobil yol ayırıcı betona çırpılıb.
Zərbənin təsirindən nəqliyyat vasitəsi yararsız hala düşüb.
Xəsarət alanlarla bağlı məlumat yoxdur.