Paytaxtın Nəsimi rayonu ərazisində, Səməd Vurğun və Lev Tolstoy küçələrinin kəsişməsində zəncirvari qəza qeydə alınıb. Bu haqda bu gün, 7 fevral tarixində Bizim.media məlumat yayıb.
Qəza zamanı biri “Prius” olmaqla 3 avtomobil toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə isə maddi ziyan dəyib.