Sabunçu rayonunda yük maşını piyadanın üzərindən keçərək öldürüb. Bu haqda 30 iyul tarixində APA məlumat verib.
Kürdəxanı qəsəbəsi ərazisində 25 yaşlı Ümüd Əliyev yol kənarında dayanan zaman onun üzərindən “Shacman” markalı yük avtomobili keçib. Piyada hadisə yerində keçinib.
Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.