Paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində kütləvi dava baş verib. Bu haqda bu gün, 11 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən qəsəbə sakini, 37 yaşlı Rauf Hüseynov dava zamanı 35 yaşlı Xəyal Rəhimovu və 23 yaşlı İlkin Rzayevi bıçaqlayıb. Nəticədə İ.Rzayev hadisə yerində dünyasını dəyişib, X.Rəhimov isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Şübhəli bilinən 4 nəfər saxlanılıb. Faktla bağlı cinayət işinə başlanılıb. Araşdırmalar davam edir.