Laçın rayonunda şəhid olan əsgərlərdən biri Bakıda dəfn olunacaq. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
19 yaşlı Samir Xudiyev Ramana qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
5 avqust tarixində Laçın rayonunun relyefli ərazisində qopan qaya parçası, döyüş tapşırığını yerinə yetirən zaman 2 əsgərin üzərinə düşüb. Nəticədə 20 yaşlı Tahir Əliyev və 19 yaşlı Samir Xudiyev vəfat ediblər.