top
Mülk sahibini toka verməklə 143 000-lik əmlakını ələ keçirmək istəyən şəxsin arzusu ürəyində qalıb
29 iyul 2022, 00:30
- ↺ +

Mülk sahibini toka verməklə 143 000-lik əmlakını ələ keçirmək istəyən şəxsin arzusu ürəyində qalıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda tanışını elektrik cərəyanı ilə qorxudaraq ondan sənədlərə imza atmasını tələb edən şəxs barəsidə hökm oxunub. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 29 iyul tarixində xəbər verir.

Hadisə cari il aprel ayının 16-da Nərimanov rayonu, Məmməd Araz küçəsindəki evdə baş verib.

Novxanı bağları massivində satışda olan 10 sot torpaq sahəsi və ərazidəki evi ələ keçirmək istəyən 61 yaşlı Ağa Ağayev plan qurub və hasarın üzərində yazılmış elandakı nömrəyə zəng edib.

Torpaq və evin sahibi olan Babək adlı şəxs mülkü 143 000 manata sata biləcəyini dedikdən sonra onlar razılaşıblar. Alqı-satqı ediləcəyi gün Babək Ağanı Nərimanov rayonu, Məmməd Araz küçəsindəki evinə dəvət edib.

Çantada pul olması görüntüsünü yaratmaq üçün içinə daş qoyan Ağa kustar üsulla hazırlanmış elektrik cihazını da özü ilə götürüb.

Qeyd olunan ünvanda görüş zamanı Ağa sənədlərə qol çəkdirmək üçün Babəki elektrikə verməklə hədələyib. Naqilin elektrik yuvasından çıxması ilə Babəklə onun arasında əlbəyaxa dava olub. Lakin ev sahibinin həyat yoldaşının səs-küyə gəlməsindən sonra Ağa niyyətini həyata keçirə bilməyib.

Hadisəni törədən Ağa Ağayev əvvəllər də dələduzluq əməlinə görə məhkum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə ona 11 il 6 ay müddətinə həbs cəzası verilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
03 noyabr 2026, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
03 noyabr 2026, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
03 noyabr 2026, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
03 noyabr 2026, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
03 noyabr 2026, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
03 noyabr 2026, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
03 noyabr 2026, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Oxşar xəbərlər