“Oktyabrın 28-də Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən bank kartları və maqnitofon oğurlanması barədə polisə məlumat daxil olub”.
Bu barədə Bakuplus.az-a DİN-dən məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 51 yaşlı H.Soltanov saxlanılıb.
Araşdırma aparılır.