Nərimanov rayonunda “Metak” şirkətinin əməkdaşı hündürlükdən yıxılması nəticəsində ölüb. Bu haqda 29 iyul tarixində Report məlumat verib.
Böyükşor qəsəbəsində iyulun 18-də “Metak” MMC-də qaynaqçı işləyən 36 yaşlı Vüqar Paşayev boru istehsalı sexində dam örtüyünü təmir edən zaman hündürlükdən yıxılaraq müxtəlif xəsarətlər almışdır. Xəstəxanaya yerləşdirilən Paşayev aldığı xəsarətlərdən iyulun 28-də vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda CM-in “Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi açılıb.
Hal-hazırda iş üzrə istintaq davam edir.