Bakı metrosunda qadının cibindən telefonu oğurlanıb. Bu haqda 11 iyun tarixində Report məlumat verib.
Metronun “28 May” stansiyasında iyunun 7-də qatarda paytaxt sakini A.Məmmədovanın cibindən mobil telefonu oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Anar Hüseynov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.