Bakı Metropolitenində 1 nəfər huşunu itirib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“Nizami” stansiyasında gənc qızın halı pisləşib və o, yerə yıxılıb.
Metropolitenin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, xanım sərnişin üçün Təcili Tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər.