Alı Mustafayev küçəsində, 3-cü mikrorayon dairəsində, körpünün üstündə baş verən qəza tıxac yaradıb. Bu barədə bu gün, 9 iyun tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.
Qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Bu, bir gündə həmin ərazidə ikinci qəzadır. Daha öncə, Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsindəki körpünün üstündə “Hyundai”, “GMC” və “Toyota” markalı minik avtomobilləri toqquşmuşdur.
[caption id="attachment_47930" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]