Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi ilə Bülbül prospektinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 11 mart tarixində Bakuplus.az Apa ya istinadən xəbər verir.
Tural Ağayevin sürücüsü olduğu “Hyundai markalı” avtomobil “Nissan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə sonuncu zərbənin gücündən aşıb.
Bir ailənin 5 üzvü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar davam edir.
[URIS id=36400]