Nərimanovda hoteldə yanğın baş verib. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 6 dekabr tarixində xəbər verir.
Rayon ərazisində ümumi sahəsi 3888 kv.m olan altımərtəbəli hotel binasının çardağının taxta atmaları və izolyasiya qatı 20 kv.m sahədə yanıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.