Yenilənib:
İntihar etmək istəyən 16 yaşlı yeniyetmə olub. Bu haqda APA xəbər verib.
O, hazırda Kliniki Tibbi Mərkəzin kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində qadın intihara cəhd edib. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az “Report”a istinadən xəbər verir.
4-cü mərtəbədən özünü atan qadın avtomobilin üstünə düşüb. O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qadın eyvanından tullandığı evdə anası ilə kirayə qaldığı məlum olub.
[caption id="attachment_38962" align="alignnone" width="986"]
Foto Report.az saytı[/caption]