Paytaxtın Nəsimi rayonunda bank hesabından oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Şəki rayon sakini N.Cəbrayılzadə bir neçə gün əvvəl S.İsmayıllının bank hesabından 483 manat pul oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.