Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində sərnişin avtobusu qəzaya düşüb. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
“BakuBus“ MMC-yə məxsus 99-JJ-825 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi səkiyə çıxıb. Qəzaya səbəb hərəkətdə olan zaman minik avtomobilinin zolağı qəfil dəyişərək, avtobusa çırpılmağı olub.
Sürücü yüngül xəsarət alıb. Araşdırmalar davam edir.