Paytaxtın Nəsimi rayonunda yataq xəstəsini mənzildən düşürtmək üçün FHN-nin əməkdaşları cəlb olunub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
75 yaşlı qadın 5-ci mərtəbədən düşürdürülüb və təcili tibbi yardım avtomobilinə mindirilərək, həkim briqadasına təhvil verilib.