Bakıda məktəb binasının damının şiferləri qoparaq ərazidən keçən insanlara təhlükə yaradıb. Bu haqda bu gün 4 fevral tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nəsimi rayonunda yerləşən üçmərtəbəli orta məktəb binasının damında bir neçə şifer yerindən qoparaq asılı vəziyyətdə qalıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ünvana cəlb olunaraq təhlükəni aradan qaldırıblar.