Bakıda ötən gün qadın meyiti tapılıb. Bu barədə 1 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Axşam saatlarında FHN-in qaynar xəttinə Bakının Nəsimi rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.
FHN əməkdaşları hadisə yerinə gəliblər və qapını açandan sonra mənzildən qadın meyiti aşkar ediblər. Dünyasını dəyişən şəxs 69 yaşlı Canetta Kazımzadədir.
Meyit aidiyyəti üzrə təhvil verilib.