Paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m olan restoranın tüstü bacası 10 p.m, elektrik kabeli 8 p.m və 6 kv.m sahəsi olan köməkçi tikilisi tamamilə yanıb.
Bir nəfər təxliyə olunub. Ətrafdakı obyektlərə ziyan dəyməyib. Yanğın söndürülüb.
[URIS id=20591]