Paytaxtın Nəsimi rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 16 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
20 yaşlı Cəfər Qasımov ikitəkərlidə idarəetməni itirib və yol kənarındakı maneəyə çırpılıb. O, sol dirsəyinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.