Paytaxtın Nəsimi rayonunun “Kubinka”, “Papanin” və digər ərazilərində 6 nəfər narkokuryer saxlanılıb. Bu haqda bu gün, 18 yanvar tarixində Bakuplus.az Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən məlumat verir.
Keçirilən əməliyyatlar zamanı ümumilkdə 1 kiloqramdan artıq narkotik maddə dövriyyədən çıxarılıb.
Paytaxt sakinləri sosial şəbəkələrdə tanış olduqları xarici vətəndaşın vasitəsilə əvvəlcədən təyin olunmuş ərazilərdən narkotik maddələri götürərək, onların dövriyyəsi ilə məşğul olurdular.
Şübhəli şəxslər törətdikləri əməlləri etiraf ediblər. Faktlarla bağlı araşdırmalar davam edir.