Paytaxtın Nəsimi rayonunda tibb müəssisəsində çantaları oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Elnur Fərzəliyev klinikalarda çalışan həkimlərin, içərisində pul, qızıl-zinət əşyaları, mobil telefonlar, bank kartları və digər aksesuarlar olan çantalarını oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.