Paytaxtın Nəsimi rayonunda avtomobil piyadanı vuraraq hadisə yerindən yayınıb. Bu haqda bu gün, 25 noyabr tarixində AZƏRTAC məlumat yayıb.
Bakı şəhər sakini R.Əliyev yolu keçərkən, onu “Ravon” markalı avtomobil vurub.
Sürücünün saxlanılması istiqamətində tədbirlər aparılır.