Paytaxtın Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
“Opel” nəqliyyat vasitəsinin mühərrik hissəsi və idarəetmə lövhəsi alışıb. Ətrafdakı infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunaraq, yanğını söndürüblər.