Bakıda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az bu gün, 4 iyun tarixində xəbər verir.
Paytaxtın Nəsimi rayonunda “Audi” markalı avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Hadisə yerinə FHN-in yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.