Bakının mərkəzində minik avtomobili yanıb. Bu haqda 9 iyun tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Nəsimi rayonunda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.