Nəsimi rayonunda avtomobildən pul oğurlayan şəxs saxlanılıb. Bu haqda 5 fevral tarixində APA məlumat verib.
Fevralın 1-də Cavadxan küçəsində yerləşən avtoyuma məntəqələrinin birində “Toyota” markalı avtomobildən 4500 manat pul oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş A.Muradov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.