Paytaxtın Nəsimi rayonunda iki avtomobil toqquşub. Bu haqda bu gün, 28 mart tarixində Report-a istinadən xəbər verir.
Qəza nəticəsində sürücülərdən biri, 40 yaşlı Anar Həşimov və sərnişinlər, 67 yaşlı Cəmilə Ələkbərova və 72 yaşlı Kəmalə Məmmədova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər. Təfərrüatlar araşdırılır.