Paytaxtın Nəsimi rayonunda iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 5 noyabr tarixində APA məlumat yayıb.
Füzuli küçəsində motosiklet əvvəl “KİA”, daha sonra isə “Skoda” markalı avtomobilə çırpılıb. Motosikletçiyə bədənin müxtəlif nahiyələrindən sınıq diaqnozu qoyulub.
Hüseynbala Əliyev küçəsində isə “Hyundai” və “Toyota” markalı avtomobillər sürət yarışı təşkil edərkən yolun kənarında dayanan nəqliyyat vasitələrinə çırpılıblar. Nəticədə ümumilikdə 7 avtomobilə ziyan dəyib. 1 nəfər xəsarət alıb.
Hər iki faktlarla bağlı araşdırma aparılır.