Paytaxtın Nəsimi rayonu, H.Seyidzadə küçəsində avtomobildən oğurluq edilib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Kərimov rayon ərazisində dayanan “Toyota” markalı avtomobildən 8320 AZN və sürücülük vəsiqəsi oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı arşadırmalar davam edir.