Bakının Nəsimi rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. Bu barədə BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 26 may tarixində xəbər verir.
Bildirilir ki, 1 nəfər 16-cı mərtəbədə yerləşən mənzilin eyvanına çıxaraq özünü atmaq istəyib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.