Paytaxtın Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında qalıb. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qurumun qaynar xəttinə daxil olan məlumat əsasında FHN-in əməkdaşları rayon ərazisində yerləşən mənzilin bağlı qapısını qırıblar. Onlar içəridə bir nəfəri halsız vəziyyətdə aşkar ediblər.
Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.