Bakıda iki avtomobil toqquşub. Bu haqda 16 aprel tarixində APA məlumat verib.
Nəsimi rayonu, Rəşid Behbudov küçəsində “Nissan” markalı avtomobil sürətlə hərəkət edərək “Toyota” markalı maşını vurub. Zərbənin təsirindən “Nissan” divara çırpılıb. Qəza nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_40820" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]