Paytaxtın Nəsimi rayonunda silah-sursat satmaq istəyən şəxs tutulub. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Masallı rayon sakini Yalçın Həsənov silah satmaq istəyən zaman tutulub. Onun üzərində 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilib. O, silahı bir neçə gün öncə tapdığını və polisə xəbər vermədiyini etiraf edib.
Faktla bağlı araşdırma davam edir.