Paytaxtın Nəsimi rayonunda narkotik alverinə qarşı növbəti əməliyyat keçirilib. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Tədbirlər nəticəsində narkotacirlik ilə məşğul olan Rəşad Bağırov saxlanılıb. Onun üzərində və yaşadığı evdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Araşdırmalar davam edir.