Paytaxtın Nəsimi rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 14 iyun tarixində Report məlumat verib.
Motosiklet sürücüsü, 22 yaşlı Kamal İbrahimov idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində o, bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.