Paytaxtın Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Rayon ərazisində “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.